Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müstəqilliyə Doğru Gedən Yol”

18.10.2018

17.10.2018 - ci il tarixində Göyçay rayon MKS - də  18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin 27-ci il dönümünə həsr olunmuş  “Müstəqilliyə Doğru Gedən Yol “adlı  Dəyirmi Masa keçirildi.

   Tədbiri giriş sözü ilə  kitabxananın oxu zalının müdiri Şövqiyyə Əliyeva açdı.O müstəqilliyimizin əldə olunmasında ulu öndər Heydər Əliyevin əvəzsiz rolundan, onun zəngin siyasi təcrübəsindən, yüksək idarəçilik bacarığından, Vətənə olan tükənməz sevgisindən söhbət açdı.

Daha sonra uşaq kitabxanasının oxu zalının müdiri Sevinc Qafurova Azərbaycan Respublikası Ali Sovetinin  qəbul etdiyi  Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən  danışdı.Müstəqillik yolunda canlarından keçmiş  vətənpərvər  igidlərimizdən, onların şücayətlərindən canlı iştirakçılar  bir çox epizodlar söylədilər.

  Tədbirdə kitabxana işçiləri, 1 saylı məktəbin müəllimi Şəhla Qarayeva müəllimə, musiqi məktəbinin uşaqları, R.Rza adına Muzeyin drektoru Solmaz Hacıyeva müəllimə iştirak edirdilər.

Tədbirin sonunda “Müstəqilliyə Doğru geden Yol” adlı sərgiyə baxış keçirildi.