Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Yenicə kənd folklor evində Cabir Novruzun 85 illiyi qeyd edilmişdir.

17.10.2018

16 oktyabr 2018-ci il tarixində Yenicə kənd folklor evində görkəmli şair Cabir Novruzun anadan olmasının 85 illiyi münasibətilə tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə folklor evinin direktoru Zərviyan İbrahimova açaraq qonaqları salamladıqdan sonra Yenicə kənd kitabxana filialının müdiri Səhirə Qurbanova şairin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etmişdir.Sonra kənd məktəbliləri tərəfindən Cabir Novruzun şerləri səsləndirilmiş,kitabxana tərəfindən hazırlanmış kitab sərgisi nümayiş etdirilmişdir. Tədbirdə mədəniyyət işçiləri ilə yanaşı kənd sakinləri də iştirak etmişlər.