Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə ”Mütaliə Günü” keçirilmişdir.

17.10.2018

16 oktyabr "Mütaliə günü" ilə əlaqədar M.Ə.Sabir adına Göyçay rayon MKS-nin Uşaq şöbəsi kapitan Mirdamət Bağıyev adına Fidanlar Uşaq İnkişaf və Əyləncə Mərkəzində “Gəlin birlikdə oxuyaq” adlı tədbir təşkil etdi. Qeyd edək ki, tədbirin əsas məqsədi uşaqları mütaliəyə cəlb etmək, kitabın insan həyatındakı əhəmiyyətli rolu olduğunu göstərməkdir. Uşaq şöbəsinin işçiləri uşaqlara Azərbaycan xalq nağılları haqqında məlumatlar verdilər və dünya uşaq ədəbiyyatına aid olan kitablarla uşaqları tanış etdilər. Biri-birindən gözəl, rəngli nağıl kitabları uşaqların böyük marağına səbəb oldu. Uşaqlar bu nağıllardan biri olan “Qarışqa və göyərçin” adlı xalq nağılını dinlədilər. Uşaqların bildiyi sevimli nağıl qəhrəmanlarının şəkillərindən ibarət rəsm sərgisi də maraqla qarşılandı.