Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Mərkəzi Kitabxanasında 18 Oktyabr- ”Dövlət Müstəqilliyi Günü” münasibətilə tədbir keçirilmişdir.

17.10.2018

            16 oktyabr saat 15:00-da Zərdab rayon Mərkəzi Kitabxanasında Mərkəzi Kitabxana və filial kitabxana əməkdaşlarının iştirakı ilə 18 oktyabr Dövlət Müstəqilliyi Günü ilə əlaqədar “Tarixin təntənəsi” adlı dəyirmi masa təşkil edilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
           Tədbiri açan MKS-nin direktoru Nailə Əliyeva iştirakçıları dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümü münasibətilə təbrik etdi. Natiq çıxışına davam edərək,bildirdi ki,  “1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında" Azərbaycan dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı " qəbul olunub. Qəbul olunan Konstitusiya Aktında Müstəqil Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının davamçısı olması faktı rəsmən təsbit olunub. 1991-ci il oktyabrın 18-dən ölkəmiz müstəqil bir ölkədir. Bu mühüm tarixi sənədlə xalqımız uzun illər həsrətində olduğu azadlığına qovuşub. Müstəqilliyimizin ildönümünü qeyd etmək üçün kitabxana filiallarımızda müxtəlif tədbirlər təşkil olunur. 
           Çıxış edən Metodika və biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova öz fikrini belə ifadə etdi: Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. Müstəqil  Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir. 
Lalə Niftalıyeva və Günel Zeynalova da 18 Oktyabr Dövlət Müstəqilliyi Günü ilə əlaqədar qeyd etdilər ki,18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür. Bu, doğrudan da böyük bayramdır. 27 il ərzində müstəqil Azərbaycan böyük və uğurlu yol keçmişdir. 
          Kitabxananın kişik yaşlı oxucusu Ayxan Solmaz Şirinin “Müstəqillik Bayramı” şeiri ilə tədbirə qatıldı.
          Tədbirin sonunda Əbədi Müstəqilliyimizin banisi, əbədiyaşar prezident, ümummilli lider Heydər Əliyevin Azərbaycanın suveren inkişafi, müstəqilliyi uğrunda apardığı siyasi fəaliyyətini əks etdirən kitabların sərgisi ilə tanışlıq oldu.