Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Mərkəzi Kitabxanasında Xalq yazıçısı İmran Qasımovun 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

16.10.2018

          16.10.2018-cil ildə Göyçay rayon MKS-nin oxu zalında Prezident İlham Əliyevin xalq yazıçısı İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı ilə əlaqədar “ Sənətdə keçən ömür “ adlı tədbir keçirildi.

          Tədbiri ilk olaraq giriş sözü ilə kitabxananın abonement şöbəsinin bölmə müdüri Səlmi Şıxalıyeva açaraq qeyd etdi ki, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, dramaturq, kinossenarist və publisist, ictimai xadim, dövlət mükafatı laureatı, xalq yazıçısı İmran Qasımovun anadan olmasının 100 illiyi tamam olur. İmran Qasımovun Azərbaycan dramaturgiyasının inkişafında çox böyük xidməti olub. " İnsan məskən salır ", "Nağıl başlananda", "Ömür elə qısadır ki", "Dairəni genişləndirin", "Sən nə üçün yaşayırsan?" pyesləri Azərbaycan dramaturgiyasından qazandığı görkəmli nailiyyətlərdəndir. İmran Qasımov həm də istedadlı ssenarist idi.

         Daha sonra kitabxananın multimediya üzrə mütəxəssisi Güllü Paşayeva çıxışında İmran Qasımovun ssenariləri əsasında çəkilmiş bir çox filmlərində azad, əməyə məhəbbət, eləcə də müasirlərin hiss və duyğularının dayandığını qeyd etdi. Milli kino sənətimizin qızıl fonduna daxil olmuş bu filmlərə indi də maraqla baxılır: "Onun böyük ürəyi", "Xəzər dənizçiləri haqqında dastan", "Dəniz cəsurları sevir", "Yeni üfüqlər" filmləri sənət nümunələri kimi qarşılanır.Kitabxananın baş biblioqrafı Gülarə Bəbirova çixış edərək bildirdi ki,əməkdar incəsənət xadimi adına layiq görülmüş İmran Qasımov Azərbaycan Dövlət mükafatı laureatı idi. Xalq yazıçısı fəxri adını almışdı, "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri və bir sıra medallara layiq görülmüşdü. İmran Qasımov 63 il ömür yaşayıb. Bu ömürdə zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutdu. O işıqlı şəxsiyyət, görkəmli yazıçı kimi əbədi olaraq mədəniyyət tariximizdə yaşayacaq. 
        Tədbirin sonunda İnformasiya –resurs şöbəsinin hazırladığı “ İmran Qasımov 100 “ başlığı altında video – çarx nümayiş etdirildi.