Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Tarix-diyarşünaslıq muzeyində Məmməd Arazın 85 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

15.10.2018

15 oktyabr 2018-ci il tarixində Ağdaş rayon Tarix-Diyarşünaslıq muzeyində Azərbaycannın görkəmli şairi Məmməd Arazın anadan olmasının 85 illiyi münasibətilə kitab müzakirəsi keçirilmişdir. Tədbirdə M.Şeyxzadə ev muzeyinin əməkdaşları iştirak etmişdir. Tədbri giriş sözü ilə Tarix-Diyarşünaslıq muzeyinin direktoru N.Yusifova açaraq şairin həyatı və yaradıcılığı barədə məlumat vermişdir. Sonra muzeyin şöbə müdiri Pərvin Rüstəmova M.Araz yaradıcılığında vətənpərvərlik, Azərbaycançılıq qayəsi barədə danışmışdır. M.Şeyxzadə ev muzeyinin əməkdaşı Afaq Xəlilova , Tarix-diyarşünaslıq muzeyinin Fond Mühafizi Çinarə Nəsirova şairin şerlərini oxuyaraq, onun Azərbaycan sevgisini önə çəkmişlər. Tdbir qarşılıqlı fikir mübadiləsi ilə başa çatmışdır.