Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məmməd Araz - 85

12.10.2018

10.10.2018-ci il tarixdə Ağdaş rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən MKS-in 1 saylı Gənclər kitabxanasında xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr olunmuş "O daş altda Məmməd Araz yaşayır" adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın müdiri  Şəfa Zəkəriyyəyeva açaraq qonaqları salamlamış və sözü kitabxananın əməkdaşı Fərqanə Həmidovaya vermişdir. Kitabxanaçı  Azərbaycanın Xalq şairi Məmməd Arazın həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etmişdir. M. İsayev adına tam orta məktəbin şagirdləri İsmayılzadə Aysu və Xəlilova Nuray Məmməd Arazın şeirlərini söyləmişlər.Tədbirin sonunda Məmməd Arazın əsərlərindən ibarət kitab sərgisinə baxış keçirilmişdir.