Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Elçin Əfəndiyev-75

10.10.2018

6 oktyabr 2018-ci il tarixdə Ağdaş rayon MKS-nin 3 saylı şəhər kitabxanasında  görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas Elçin Əfəndiyevin  75 illiyi ilə əlaqədar "Nədir ömrün mənası" adı altında tədbir keçirildi. Kitabxananın müdiri Qədirova Ofelya yazıçının həyat və yaradıcılığından danışdı. Sonra 5 saylı ümumi orta məktəbin şagirdləri Məmmədova Əfsanə, Cəfərova Məleykə, Məmmədova Aişə Elçin Əfəndiyevə  həsr olunmuş şeirlər söylədilər. Kitabxananın işçisi Baharova Sevda  öz çıxışında xalq yazıçısı Elçinin dramaturgiyasının, səhnələşdirilmiş dram əsərlərinin  bədii estetik xüsusiyyətlərini, mənəvi əxlaqi görüşlərini ən parlaq çalarları ilə işıqlandırmağa çalışdı. Sonda Elçinin  yaradıcılğından ibarət kitab sərgisinə baxış keçirildi.