Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

26 iyun Azərbaycan Milli Ordusunun yaranması günüdür

25.06.2018

22  iyun  2018-ci  il  tarixdə Ağdaş rayon Mərkəzi  kitabxananın  oxu  zalında  Azərbaycan  Milli  Ordusunun  yaranmasının  100  illiyinə  həsr  olunmuş  “Ordum  varsa, yurdum  var”  adlı  tədbir  keçirildi. Şanlı ordumuzun şəhid olmuş əsgərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri  giriş  sözü  ilə  MKS-nin  direktoru   Seyfəddin   Feyzullayev  açaraq 1918-ci ildə Azərbaycan  Milli  Ordusunun  yaranma  tarixindən, keçdiyi  inkişaf  yolundan, müasir  Azərbaycan  Ordusunun  inkişaf  tarixində  ümummilli  lider  Heydər  Əliyevin  rolundan  söhbət  açdı. Hazlrda ordumuzun ən Müasir silahlarla komplektləşdirildiyindən, 26 iyunda keçiriləcək hərbi paraddan danışdı.

        Mövzu  ilə  əlaqədar  MKS-nin  işçisi  Vüsalə  Məmmədova  çıxış  edərək  Azərbaycan   Xalq  Cümhuriyyəti  dövründə  yaranan  Milli  Ordunun  ölkəni  daşnak- bolşevik  işğalından  azad  etmək  və  düşmənlərə  qarşı  apardığı  mübarizədən   söhbət  açdı.

    Səfərbərlik  və  Hərbi  Xidmətə  Çağırış  Üzrə  Dövlət  Xidməti  Ağdaş  rayon  Şöbəsinin  nümayəndəsi  Ceyhun  Cavadova  söz  verildi. O, çağırışçı  gənclərin  hərbi  vətənpərvərlik  ruhundan, Vətən  yolunda  şəhid  olan  gənclərin qanının yerdə qalmayacağından onların qisasının tezliklə alınacağından bəhs etdi.

      Tədbirdə  iştirak  edən  Qarabağ  müharibəsi  və  şəhid  ailələri  Ağdaş  rayon  təşkilatının  sədri  İsmayıl  Xudiyev  Qarabağ  müharibəsi  dövründə  yaşadıqları  və  müharibədə  şahidi  olduğu  hadisələrdən, Milli  Ordunun  Vətənin   müdafiəsi   uğrunda  göstərdikləri   igidlikdən,  dövlətimizin  hərbi  hissələrdə  əsgərlərimiz  üçün  yaratdığı  şəraitdən  söhbət  açdı.  Ağdaş  rayon  İcra  hakimiyyətinin  məsul  işçisi  Hacıxanov  Möhlüd  “Şanlı   Aprel  döyüşləri”ndə  Milli  Ordunun  zəfər  əzmindən   söz  açdı  və  Azərbaycan  Ordusunun  dünyanın  ən  güclü  ordularından biri   olduğunu  vürğuladı. Tədbirdə  çağırışçı  Eyyub  Mustafayev, Qarabağ  müharibəsi  iştirakçıları,  Qarabağ  qaziləri  iştirak  edirdilər. Məktəblilər  Bayramova  Şəbnəm, Kərimova  Elmira, Məmmədova  Ayşənur, Qocayev  Osmanın  ifasında  Azərbaycan  Ordusunu  tərənnüm  edən  şeirlər  səsləndi. .   “Ordumuzun gücü günbəgün artır”  adlı video-  çarxın  nümayişi  oldu.

       Tədbirin  sonunda  “ Şanlı    Aprel  zəfəri”,” Azərbaycanın  Milli  Qəhrəmanları”,                  “ Azərbaycan  Milli  ordusu-100”  adlı  sərgilərə  baxış  oldu.