Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş Xalq teatrı Göyçayda Anım Gününə həsr olunmuş kompozisiya ilə çıxış edib.

27.09.2025

26 sentyabr 2025-ci il tarixində Göyçay rayon Mədəniyyət Mərkəzində "Şəhidlərin şahidləri" adlı səhnələşdirilmiş kompozisiya təqdim edilib. 27 sentyabr - Anım Gününə həsr olunmuş kompozisiya Ağdaş Xalq teatrının təqdimatında nümayiş olunub.

Göyçay Rayon İcra Hakimiyyətinin dəstəyi və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə təqdim edilən kompozisiyanı İcra Hakimiyyətinin, YAP Göyçay rayon təşkilatının və Regional İdarənin rəhbərliyi, şəhid ailə üzvləri, qazilər, müharibə iştirakçıları, dövlət qurumlarının məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri izləyib.

Kompozisiya qəhrəman oğullarımıza qarşı xalqın böyük hörmətinin, diqqətinin, qayğısının təcəssümü kimi izləyicilərin alqışlarını və rəğbətini qazanıb.