Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Ənvər Məmmədxanlının anadan olmasının 105 illiyi ilə əlaqədar “Nəsrimizin xan çinarı” adlı tədbir keçirilmişdir.

14.06.2018

06.13. 2018-ci il tarixində M.Ə.Sabir adına Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Ənvər Məmmədxanlının anadan olmasının 105 illiyi ilə əlaqədar “Nəsrimizin xan çinarı” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə MKS-nin direktoru R. Balayeva acidı və yazıçının həyatı haqqında çıxış etdi. İnformasiya – resurs şöbəsinin hazırladıqı “Ənvər Məmmədxanlı 105 “adlı video-çarx nümayiş etdirildi Filalogiya elmləri üzrə fəlsəfə doktoru Əkbər Əliyev, “Göyçay “qəzetinin baş redaktoru Adil Məmmədov, 7saylı məktəbin tədris hissə müdiri Aqil Kəngərli, 5 saylı orta məktəbin dil-ədəbiyyat müəlliməsi Səxavət Orucova, Heydər Əliyev adına muzeyin direktoru Zenfira Əliyeva, Rəsul Rza adına muzeyin direktoru Solmaz Həsənova, Kitabxananın işçisi Nuranə Həbullayeva yazıçının yaradıçılığı haqqında çıxış etdilər. 3 saylı məktəbin şagirdiləri Cahangir Kərimov və Aminə Həsənova şeir söylədilər. Tədbiri Arif Məmmədovad adına musiqi məktəbin direktoru Rövşən Zamanov öz musiqisi ilə dahada canlandırdı. R. Zamanovun müşayəti ilə kitabxananın əməkdaşı Arzu Rəhimova musiqi ifa etdi.