22.05.2025
21 may 2025-ci il tarixində Azərbaycan Respublkası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Zərdab şəhər Uşaq İncəsənət Məktəbində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Zərdab rayon Prokurorluğunun müstəntiqi, l dərəcəli hüquqşünas Qasım Məmmədli, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin nümayəndəsi və Zərdab şəhər Uşaq İncəsənət Məktəbinin kollektivi iştirak edib.
Tədbir zamanı dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinin əhəmiyyətindən bəhs edilib. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” haqqında məlumat verilib. Antikorrupsiya davranış modelinin yaradılması və antikorrupsiya mədəniyyətinin formalaşdırılması üzrə işçilərin nəzəri biliklərinin artırılmasının vacibliyi vurğulanıb.
Zərdab rayon Prokurorluğunun müstəntiqi, l dərəcəli hüquqşünas Qasım Məmmədli “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu barədə danışaraq korrupsiya halları və mübarizə istiqamətində atılmalı olan addımlarla bağlı ətraflı məlumat verib, auditoriya tərəfindən verilən sualları cavablandırıb.