Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsinin seçim mərhələsi başa çatıb.

28.11.2024

Xəbər verdiyimiz kimi, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə “Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilir.

Müsabiqdə iştirak etmək üçün Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsinə aid olan Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarından olan namizədlər qeydiyyatdan keçiblər.

İki mərhələdən ibarət olmaqla təşkil olununan müsabiqənin birinci - seçim mərhələsi 28 noyabr 2024-cü il tarixində baş çatıb.

Seçim mərhələsində ümumilikdə 200-ə qədər namizəd təbiətə və ətraf mühitə həsr edilmiş rəsm əsərləri ilə iştirak ediblər.

Birinci mərhələdə fərqlənən namizədlər final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Qeyd edək ki, final mərhələsinin keçirilmə yeri və tarixi barədə əvvəlcədən namizədlərə məlumat veriləcək.