Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda Beynəlxalq Mədəniyyət Günü qeyd edilib

15.04.2024

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 15 aprel – Beynəlxalq Mədəniyyət Günü münasibətilə tədbir keçirilib.

Ağdaş rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, daha sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib.

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov çıxış edərək qeyd edib ki, bütün fəaliyyəti dövrü sağlam əxlaqi-etik və estetik prinsiplə yaşayan Ümummilli lider Heydər Əliyev həmişə xalqın mədəni dəyərlərini, milli sərvətlərini qorumaq üçün mübarizə aparmışdır. Rəis çıxışında həmçinin Ulu Öndərin siyasi kursunu bütün sahələrdə ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdən etibarən mədəniyyət və incəsənət sahəsinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşmasından, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  Azərbaycan mədəniyyətinin dünyada tanınmasında göstərdiyi misilsiz xidmətlərindən bəhs edib.

Daha sonra fəaliyyətləri ilə fərqlənən mədəniyyət işçiləri Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi tərəfindən Fəxri Fərmanla təltif olunublar.

Tədbir mədəniyyət müəssisələrinin əməkdaşlarının ifalarında təqdim edilən konsert proqramı ilə davam etdirilib.