Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Valeh Kərimov həftəsi çərçivəsində ilk tamaşa nümayiş etdirilib

02.04.2024

Azərbaycan Respublikasının Xalq Artisti Valeh Kərimovun 80 illik yubileyi münasibətilə Mingəçevir Dövlət Dram Teatrı tərəfindən 1-6 aprel tarixləri Valeh Kərimov həftəsi elan edilib.

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən həftə çərçivəsində ilk tamaşa - "Subaylarınızdan görəsiniz” komediyası aprelin 1-də Ağdaş rayon Heydər Əliyev Mərkəzində nümayiş etdirilib.

Tamaşadan əvvəl Xalq Artisti Valeh Kərimova 80 illik yubileyi münasibətilə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi tərəfindən Fəxri Fərman təqdim edilib.

Qeyd edək ki, İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz” komediyası əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Valeh Kərimovdur.