Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kürdəmirdə ağacəkmə aksiyası keçirilib.

30.03.2024

Martın 30-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Kürdəmir rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə şəhər ərazisində 200 ədəd şam ağacı əkilmişdir.
Eyni zamanda Kürdəmir rayon Mədəniyyət Mərkəzinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin filallarının ərazisində 1000-ə yaxın müxtəlif meyvə və gül kolları əkilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə tabe müəssisələrdə yaşıllıq sahələrin genişləndirilməsi istiqamətində bir neçə dəfə belə aksiyalar keçirilmişdir.
İl boyu ağacəkmə aksiyalarının davam etdirilməsi nəzərdə tutulub.