Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

CABBAR QARYAĞDIOĞLUNA HƏSR OLUNMUŞ ”XALQIN MƏDƏNİ SƏRVƏTİ” LAYİHƏSİ DAVAM EDİR

30.03.2024

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə ‘’Xalqın Mədəni Sərvəti’’ layihəsinin ikinci günü martın 28-də Mingəçevir Dövlət Dram Teatrında baş tutub.

Görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun əziz xatirəsinə həsr olunmuş konsertdə Mingəçevir şəhər musiqi məktəblərinin, Kürdəmir şəhər Uşaq İncəsənət Məktəbi, Ucar şəhər Uşaq İncəsənət Məktəbi, Zərdab şəhər Uşaq İncəsənət Məktəbi, Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Konsert zamanı xalq mahnıları, muğam və təsniflər səsləndirilib.