Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda bayram şənliyi keçirilib.

18.03.2024

Martın 18-də Novruz bayramı münasibətilə Ağdaşda ümumrayon tədbiri keçirilib.

Şəhərin Heydər Parkında baş tutan tədbir Ağdaş Rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbir zamanı sərgilənən çoxəsrlik maddi - mədəni irsimizi, qədim milli adət - ənənələrimizi, milli ruhumuzu özündə əks etdirən əşyalar, milli oyunlar, Pirəzə kənd Folklor evinin “Teşti” folklor kollektivinin, kəndirbazların, Novruzun əsas personajlarından olan kosa və keçəlin əyləncəli çıxışları, ululuq və ağsaqqalıq rəmzi sayılan Dədə Qorqudun bayram tonqalını alovlandırması ilə rənglənən bayram şənliyi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbiri boyunca mədəniyyət müəssisələrinin əməkdaşlarının təqdimatında səsləndirilən milli və bayram əhval-ruhiyyəli musiqilər öz rəngarəngliyi ilə qonaqlarda şən ovqat yaradıb.