Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mingəçevirdə Novruz təntənəsi

18.03.2024

18 mart 2024-cü il tarixində xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramı münasibətilə Mingəçevir şəhərində ümumşəhər tədbiri keçirilib.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər ictimaiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhər sakinləri iştirak ediblər.

Bayram şənliyində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsində olan Mingəçevir şəhəri üzrə fəaliyyət göstərən mədəniyyət müəssiəslərinin təqdimatında geniş konsert proqramı nümayiş etdirilib.

Novruzun personajlarından olan Kosa və Keçəlin şən zarafatları, kəndirbazların çıxışları, bir-birindən maraqlı musiqi və rəqs nömrələri ilə zəngin olan şənlik iştirakçılara xoş ovqat bəxş edib.