Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Regional idarələrinin birgə təşkilatçılığı ilə Xor müsabiqəsi keçiriləcək.

05.03.2024

Mil-Muğan və Mərkəzi Aran Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik İli”nə həsr olunmuş “Hər yanı gülşən Azərbaycan” adlı III Regional xor müsabiqəsi elan edilir.

Müsabiqənin məqsədi:

Respublikada zəngin xor mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə maraq oyadılması, xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi və həvəsləndirilməsidir.

Müsabiqədə iştirak edir:

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin uşaq xor kollektivləri

Qeyd: digər Regional İdarələrin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin uşaq xor kollektivlərinin qatılmasına məhdudiyyət qoyulmur.

Müsabiqə 2 mərhələdən ibarətdir:

I – Seçim mərhələsi

II – Final mərhələsi

Müsabiqənin şərtləri:

Müsabiqədə iştirak etmək üçün ərizə və çıxış proqramı (qeyd edilmiş elektron poçta müraciət edərək əldə edə bilərsiniz) 30 mart 2024-cü il tarixədək xormusabiqesi3@gmail.com elektron poçt ünvanına göndərilməlidir.

Müsabiqədə müxtəlif xarakterli, iki və daha çoxsəsli, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş, Azərbaycan, xüsusilə Qarabağ mövzulu dörd əsər (o cümlədən bir əsər “a capella”) ifa olunmalıdır. Proqrama Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları daxil edilə bilər.

Müraciət edən kollektivlərin təmsil etdikləri məktəblərin yerləşdiyi coğrafi əraziyə uyğun olaraq 10 aprel 2024-cü il tarixədək müsabiqənin I mərhələsinin keçirilməsi üzrə bölgü aparılır və məkanlar müəyyən edilir.

Müsabiqənin ilk seçim turu aprel ayının sonunadək həyata keçirilir.

Müsabiqənin final mərhələsi Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində Mingəçevir şəhərində keçiriləcəkdir.

Müsabiqənin yekunları:

Qran Pri- 1 kollektiv, Qran Pri diplomu

I yer - 1 kollektiv, I dərəcəli diplom

II yer - 1 kollektiv, II dərəcəli diplom

III yer - 1 kollektiv, III dərəcəli diplom

Qeyd: Final mərhələsində iştirak edən digər kollektivlər fəxri fərmanla təltif olunurlar.