Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.

02.03.2024

Martın 1-də Mərkəzi Aran Regional Mədəniyyət İdarəısinin təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
“Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin və Şimal-Qərb Regional Dövlət Yanğına Nəzarət idarəsinin Ağdaş yanğına nəzarət şöbəsinin nümayəndələri, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Aparatının, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Mülki Müdafiə İdarəsinin nümayəndələri ölkədə mülki müdafiə tədbirləri, mülki müdafiə işinin təşkili və həyata keçirilməsi sahəsində nazirliyin vəzifələri, fəaliyyəti və bu sahədə görülən işlər haqqında geniş məlumat veriblər. Həmçinin mülki müdafiə işinin təşkilinin ciddi məsələ olduğunu və böyük məsuliyyət tələb etdiyini nəzərə alaraq müəssisə rəhbərlərindən və digər məsul şəxslərdən müəssisə və təşkilatlarda bu məsələyə diqqəti artırmağı və fəaliyyətlərini əvvəlcədən tərtib edilmiş və təsdiq olunmuş tədbirlər planına uyğun qurmalarını tövsiyyə ediblər.
Tədbir nümayəndələr tərəfindən iştirakçıların suallarının cavablandırılması ilə davam etdirilib.