24.02.2024
22 fevral 2024-cü il tarixində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Kürdəmir rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə tədbir təşkil olunmuşdur.
Kürdəmir rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov, rayon mədəniyyət müəssisələrinin əməkdaşları iştirka ediblər.
Tədbir iştirakçıları ilk olaraq Xocalı faciəsinin 32-ci ildönümünə hsər olunmuş “Xocalı-yaddaşın unudulmayan tarixi” adlı rəsm və “Xocalı faciəsi-bədii ədəbiyyatda” adlı kitab sərgisi ilə tanış olublar.
Dəyirmi masa ətrafında davam etdirilən tədbirdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, o cümlədən Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Xocalı faciəsi ilə əlaqədar çəkilmiş filmə baxış keçirilib.
Çıxış edənlər Xocalı faciəsinin insanlığa qarşı ən böyük cinayət olduğunu, bu soyqırım nəticəsində 613 nəfərin həyatına son qoyulduğunu, 1275 dinc sakinin əsir götürüldüyünü, 150 nəfərin itkin düşdüyünü bildiriliblər. Vurğulanıb ki, Xocalı soyqırımına yalnız Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verilib.
Faciənin faktlarının və erməni millətçilərinin əsl simalarının geniş beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətlər göstərməsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq təbliğat kampaniyasının bu istiqamətdə aparılan mühüm işlərdən biri olması diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Silahlı Qüvvələrinin həyata keçirdikləri əks-hücum əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, Xocalı faciəsi qurbanlarının qisasının alındığı və şəhidlərimizin qanının yerdə qalmadığı xüsusi olaraq vurğulanıb.