23.02.2024
21 fevral 2024-cü il tarixində Göyçay rayon Mədəniyyyət Mərkəzinin səhnəsində yazıçı, dramaturq Əli Əmirlinin "Varlı qadın" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın nümayişi keçirilib.
Mingəçevir Dövlət Dram Teatrının kollektivinin təqdimatında səhnələşdirilən tamaşanın rejissoru Azərbaycan Respublikasının Xalq artisti Valeh Kərimovdur.
Ailə-məişət mövzusunda olan, eləcə də mənəvi məsələlərə toxunularaq komik hadisələr fonunda təqdim olunan səhnə əsəri auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb.