Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Regional İdarənin rəhbərliyi və kollektivi Azərbaycan gənclərini təbrik edir

02.02.2024

Hörmətli gənclər,

Sizi 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə arzulayırıq.

Bu əlamətdar tarixi gün gənclərə həmişə xüsusi diqqət və qayğı ilə yanaşan, gənclər siyasətini müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı müvafiq sərəncama əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın uğurlu icrası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırmışdır.

Azərbaycan dövlətinin yaratmış olduğu geniş imkanlardan maksimum dərəcədə yararlanaraq, vətəninə, dövlətinə və xalqına sevgi ruhunda böyümüş Azərbaycan gəncliyi şanlı qələbəmizdə də mühüm rol oynamışdır.

Qürur hissi ilə qeyd edə bilərik ki, canı-qanı bahasına xalqımıza bu Zəfəri yaşadanlar sırasında mədəniyyət sahəsində çalışmış gənclərimiz də var. Vətən müharibəsində qazi olmuş onlarla gəncimiz bu gün mədəniyyət sahəsində bizimlə bərabər çalışırlar.

Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Azərbaycan gəncliyi, o cümlədən mədəniyyət və incəsənət sahələrində çalışan, yaradıcılıq fəaliyyəti göstərən gənclərimiz dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Ölkə həyatının bütün sahələrində, o cümlədən mədəniyyət və incəsənət sahələrində gənclərin xüsusi yeri var. 

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və kollektivi adından mədəniyyət və incəsənət sahəsində çalışan, Azərbaycan mədəniyyətinin inkişafında, tanıdılmasında, təbliğində rolu olan gənclər başda olmaqla bir daha bütün gəncləri bu əlamətdar gün münasibətilə təbrik edir, peşə fəaliyyətində, yaradıcılıqda, dövlətə və xalqa xidmət niyyətli bütün əməli işlərində yeni uğurlar arzulayırıq.