Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət müəssisələrində Silahlı Qüvvələr Günü qeyd edilir.

25.06.2023

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə bir sıra tədbirlər keçirilib.

* 23 iyun 2023-cü il tarixində Ağdaş rayon Mədəniyyət Mərkəzinin dəstəyi, Qaradağlı, Pirəyir, Xosrov kənd klubları və Qaradağlı kənd kitabxanasının əməkdaşlarının birgə təşkilatçılığı ilə Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsert proqramı ilə davam etdirilən tədbir zamanı mədəniyyət mərkəzinin əməkdaşlarının və kənd klublarında fəaliyyət göstərən dərnəklərin fəal üzvlərinin ifalarında vətənpərvərlik mövzusunda mahnılar, şeirlər səsləndirilib, Xalq teatrının təqdimatında kompozisiya təqdim edilib.

Tədbirdə Şəhid ailələri və qazilər, Ağdaş rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Ağdaş rayon Gənclər və İdman İdarəsinin, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

* 23 iyun 2023-cü il tarixində Zərdab rayon Heydər Əliyev Mərkəzinin, H.B.Zərdabi Muzeyinin və Tarix-Diyarşünaslıq Muzeyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi və 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə “Böyük xalqın qüdrətli ordusunun qurucusu Ulu öndər Heydər Əliyev” mövzusunda tədbir keçirilib.

Tədbirdə Vətən müharibəsi qazisi və müharibə iştirakçıları,  Zərdab rayon Gənclər İdman İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə nümayəndəsi və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli liderin adı ilə bağlıdır. Məhz Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixi Silahlı Qüvvələr Günü elan edilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində çox mühüm işlər görülüb və görülür. 44 günlük Vətən Müharibəsində əldə olunan şanlı qələbə bunu bir daha sübut edir.

* 23 iyun 2023-cü il tarixində Ucar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə “Azərbaycan Ordusu qürurumuzsan” başlığında Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarının, hərbiçilərin və hərbi hazırlıq müəllimllərinin iştrakı ilə görüş keçirilib

* 23 iyun 2023-cü il tarixində Ucar Tarix-Diyarşünaslıq Muzeyində Silahlı Qüvvələr Gününə həsr edilmiş “Tarix yazan qəhrəman ordu” adlı məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiya təşkil edilib.

 

 

2.1 MB

 

103.1 KB

 

877.4 KB

 

949.1 KB