Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət müəssisələrində narkonmanlığa qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

20.06.2023

Ağdaş Regional Mədəniyyət İdarəsinə tabe müəssisələrdə narkomaniyaya qarşı mübarizə mövzusunda bir sıra tədbirlər keçirilib.

* 19 iyun 2023-cü il tarixində Ucar Tarix-Diyarşünaslıq Muzeyində “Narkomaniyaya qarşı mübarizə hər kəsin borcudur” mövzusunda maarifləndirici tədbir keçirilib. Ucar rayonu Müsüslü kəhd Əhliman Məmmədov adına tam orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilmiş tədbirdə narkomaniyanın yayılmasının millətin sağlam həyat tərzi üçün təhlükə törətdiyi, narkotik maddələrin qəbul edilməsinin insanı fiziki və psixoloji cəhətdən məhv olmağa sürüklədiyi və digər mənfi təsirləri barədə çıxışlar edilib.

* 20 iyun 2023-cü il tarixində Rəsul Rzanın Ev-Muzeyində 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Göyçay Peşə Liseyinin 1-ci və 2-ci kurs tələbələrinin iştirakı ilə yeniyetmə və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maaarifləndirmə işlərinin gücləndirilməsi devizi altında “Narkomaniyaya yox deyək” başlıqlı dəyirmi masa təşkil edilib.

* 20 iyun 2023-cü il tarixində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə Zərdab rayon Həsən bəy Zərdabi Muzeyində “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” adlı mühazirə təşkil edilib.