Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda Milli Qurtuluş Günü təntənə ilə qeyd edildi.

16.06.2023

Ağdaş rayon Mədəniyyət Mərkəzinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Qurtuluşdan Zəfərə" adlı konsert proqramı təşkil edilib.
Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin, idarə və təşkilatların, Ağdaş Regional Mədəniyyət İdarəsinin, mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak edib.
Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə tər gül dəstələri düzülüb.
Ağdaş rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Ağdaş Dövlət Rəsm Qalereyasında fəaliyyət göstərən dərnək üzvlərinin canlı olaraq işlədikləri rəsmlərə və əl işlərinə baxış keçirilib.
Daha sonra tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatları özündə cəmləşdirən ekspozisiya zalı ilə tanış olublar.
Tədbirin bədii hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İlk olaraq Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov çıxış edərək, Heydər Əliyevin Azərbaycanın müstəqilliyə gedən yolda xidmətlərindən, 15 İyunun tarixi əhəmiyyətindən, Ulu öndərin dövlətin azadlığı, inkişafı istiqamətində gördüyü işlərdən bəhs edib.
Sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Konsert proqramı ilə davam etdirilən möhtəşəm tədbirdə bir birindən maraqlı çıxışlar səsləndirilib. Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərinin kompozisiyası, məktəbin şagirdinin fortepianoda solo ifası, Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin müəlliminin tarda solo ifası, məktəblilərin ifasında səsləndirilən şeirlər, Göyçay və Ağdaş rayon Mədəniyyət mərkəzlərinin əməkdaşlarının musiqi nömrələri, Ağdaş rayon Mədəniyyət Mərkəzinin rəqs dərnəyinin üzvlərinin çıxışları, Ağdaş Dövlət Rəsm Qalereyasının əməkdaşının musiqi nömrəsi alqışlarla qarşılanıb.  

 

2 MB

 

1.1 MB

 

1.1 MB

 

1.5 MB

 

1.2 MB

 

1.2 MB

 

1.1 MB

 

1.1 MB