Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçayda Milli Qurtuluş Günü qeyd edildi.

13.06.2023

Göyçay rayon Heydər Əliyev Mərkəzi və Rəsul Rzanın Ev-Muzeyinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Heydər Əliyev - Milli dövlətçiliyimizin xilaskarı" adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızn bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edənlər, əməkdar müəllim, AYB-nin üzvü, şair-publisist Adil Məmmədov və Göyçay rayon 4 saylı tam orta məktəbin tarix müəllimi Firəngiz Məmmədyarova qeyd ediblər ki, 15 iyun tarixində dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Tədbirin bədii hissəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş videorolik nümayiş olunub, Kürdəmiş Kənd Klubunun dərnək üzvləri Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirib. Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin təqdimatında musiqi, Uşaq Gənclər İnkişaf Mərkəzinin təqdimatında rəqs nömrələri təqdim edilib.