Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş və Göyçayda festivalın son nominasiyası üzrə seçim keçirildi.

28.04.2023

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi üzrə seçimlər davam etdirilir.

Aprelin 28-də Ağdaş Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsində olan Ağdaş və Göyçay rayonları üzrə festivalın birinci mərhələsində son nominasiya üzrə seçim turu baş tutub.

Ümumilikdə 2 məntəqədə xor nominasiyası üzrə qeydiyyatdan keçmiş iştirakçılar öz bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq həyata keçirilən festivalın əsas məqsədi, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir.

Üç turdan ibarət, 21 nominasiyada peşəkar və həvəskar olmaqla üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivalın birinci turu aprel-iyun aylarını əhatə edəcək.

Xatırladaq ki, festivalın birinci mərhələsində uğurlu çıxış edən iştirakçılar ikinci turda iştirak etmək hüququ əldə edirlər. İkinci tur üzrə seçim mərhələsi iyul-avqust aylarında reallaşacaq.

 

 

767.4 KB

 

1.1 MB

 

773.4 KB