Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucar Tarix-Diyarşünaslıq Muzeyində yeni layihəyə start verilib.

10.02.2023

Cari ilin fevral ayından etibarən Ucar Tarix-Diyarşünaslıq Muzeyində “Əşyaya toxun, tarixi hiss et” layihəsinə start verilib. Layihənin məqsədi ziyarətçi  istəyini və maraq dairəsini nəzərə alaraq, onların eksponatlarla  təmasına icazə vermək və  beləliklə, əşyaya toxunmaqla onların tarixi hiss etmələrinə imkan yaratmaqdır.  Həmçinin əhali arasında muzeylərə olan marağın artırılması, bu yolla tariximizin, irsimizin, milli mədəni dəyərələrimizin təbliğinə və təşviqinə nail olmaqdır.

Layihə çərçivəsində ilk sərgi qədim tarixə malik dulusçuluq sənətinə həsr olunub. Sərgidə bu kolleksiyadan müxtəlif təyinatlı dulusçuluq əşyaları nümayiş etdirilib.   Sərgi zamanı dulusçuluğun Azərbaycanda ən qədim sənət sahələrindən biri olduğu tamaşaçıların diqqətinə çatdırılıb.

Sərgidə nümayiş etdirilən eramızdan əvvəl  IV-II minilliyə aid gil əşyalar, arxeoloji artefaktlar  tamaşaçıların böyük marağına səbəb olub.

 

1.1 MB

 

1 MB

 

1.2 MB

 

1.1 MB

 

1 MB