Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəmanəsinin satirik şairi-Sabir

11.06.2022

9 iyun 2022-ci il tarixində Ağdaş rayon Mərkəzi kitabxananın oxu zalında Azərbaycan şairi, inqilabçı-satirik, mütəfəkkir, ictimai xadim və müəllim Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi münasibətilə “Zəmanəsinin satirik şairi-Sabir” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Ağdaş rayon Mərkəzi kitabxananın direktoru Seyfəddin Feyzullayev açaraq M. Ə. Sabir şəxsiyyəti və onun zəngin yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sabir poeziyasının ölməzliyindən və hələ də öz qüdrətini saxladığından bəhs edən S.Feyzullayev onu da vurğulayıb ki, onun adı dünya ədəbiyyatında insan haqları uğrunda mübarizə aparan, əsarət əleyhinə çıxan görkəmli sənətkarlarla bir sırada çəkilməyə layiqdir,  yetişməkdə olan gənc nəslin tərbiyəsində Sabir yaradıcılığının mühüm və əvəzsiz rolu vardır.

Oxuculara xidmət şöbəsinin şöbə müdiri Müşərrəf Alıyeva şairin ömür yolunun müxtəlif məqamlarına toxunaraq Sabir satiralarını müsəlman Şərqində bir intibah, oyanışa təkan verən amil olduğunu qeyd edib.

Ağdaş rayon Maqsud Şeyxzadə adına Təbiət Təmayüllü Gimnaziyanın 2-ci sinif şagirdləri Alıyeva Cəmilənin və Qocayeva Elvinanın ifasında şairin yaradıcılığından şeirlər səsləndirildi.

Ağdaş rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev Sabir yaradıcılığının Azərbaycan ədəbiyyatında mühüm yer tutduğunu vurğuladı və M.Ə.Sabirin qələmindən çıxan bir–birindən maraqlı satirik şeirlər səsləndirib. İfa olunan şeirlər tədbir iştirakçılarının marağına səbəb olub.

Tədbirdə Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığından bəhs edən video çarx nümayiş olunub.

Azərbaycan Yazıçılar Birliyinin Ərəş bölməsinin sədri Fəxrəddin Əsəd çıxışında qeyd edib ki, milli ədəbiyyatda tənqidi realizmin əsas yaradıcılarından biri kimi geniş şöhrət qazanmış Mirzə Ələkbər Sabir bədii fikirdə humanizmin və demokratik ideyaların, milli oyanış və dirçəlişin ən fədakar carçılarındandır. O, mollanəsrəddinçi satirik şeir məktəbinin yaradıcısı, türk-müsəlman dünyasında satirik şeirin qüdrətli təmsilçisi kimi tanınır.

 

189.2 KB

 

139.1 KB

 

143.8 KB

 

139.1 KB