Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda “Gəl qohum olaq” tamaşası nümayiş olunub.

09.03.2022

8 mart 2022-ci il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində İsi Məlikzadənin "Gəl qohum olaq" tamaşası nümayiş olunub. Quruluşçu rejissoru və baş rolunun ifaçısı Respublikanın Xalq Artisti Valeh Kərimov olan tamaşa Ağdaş rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının həvəskar aktyorlarının iştirakı ilə hazırlanıb.

Tamaşadan öncə çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin məsləhətçisi İlqar Vəliyev 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edib və son zamanlar Regional İdarə tərəfindən həyata keçirilən layihələr barədə qısa məlumat verib.

Komediya janrında olan tamaşa Ağdaş rayon sakinləri tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

 

1.3 MB

 

1.1 MB

 

1.2 MB

 

1 MB