Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucarda “Gəl qohum olaq” tamaşası nümayiş olunub.

09.03.2022

7 mart 2022-ci il tarixində Ucar rayon Heydər Əliyev Mərkəzində İsi Məlikzadənin "Gəl qohum olaq" tamaşası nümayiş olunub. Quruluşçu rejissoru və baş rolunun ifaçısı Respublikanın Xalq Artisti Valeh Kərimov olan tamaşa Ağdaş rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının həvəskar aktyorlarının iştirakı ilə hazırlanıb.

Komediya janrında olan tamaşa Ucar rayon sakinləri tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

 

1.2 MB

 

1.2 MB

 

973.8 KB

 

1.2 MB