Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay şəhər uşaq musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqədə uğur qazanıblar.

01.03.2022

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Arif Məmmədov adına Göyçay şəhər uşaq musiqi məktəbinin şagirdləri Qazaxıstan respublikasının təşkilatçılığı ilə keçirilmiş II Beynəlxalq vokal-instrumental "International Music Astana" müsabiqəsində uğurla çıxış ediblər.

Məktəbin I sinif şagirdi Fatimə Yusifli müsabiqənin  “II dərəcəli Laureatı” diplomuna, II sinif şagirdi Rüqəyya Bilalova müsabiqənin  “II dərəcəli Laureatı” diplomuna və IV sinif şagirdi Gülay Nuriyeva müsabiqənin  “II dərəcəli Laureatı” diplomuna layiq görülüblər.

Şagirdlərin bu uğurunda xüsusi xidmətləri olan məktəbin müəllimləri Elnarə Hacıyevaya və Təranə Rizvanovaya öz təşəkkürlərimizi bildirir və işlərində uğurlar arzu edirik.

 

290.4 KB

 

277.8 KB

 

270.4 KB