Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda “Zəhər tuluğu” filmi nümayiş etdirilib.

20.02.2022

19 fevral 2022-ci il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşirin olduğu “Zəhər tuluğu” filmi nümayiş etdirilib.

Film nümayişindən öncə aktyor və videobloqqer Taleh Yüzbəyovla tamaşaçıların görüşü keçirmişdir.

Tədbirdə çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin məsləhətçisi İlqar Vəliyev Azərbaycanın kino sənətinin tarixindən və ölkəmizdə son zamanlar dövlət sifarişi ilə və özəl sektor tərəfindən çəkilmiş filmlər barədə ətrflı məlumat verib, respublikanın şəhər və rayonlarında kino sənətinin inkişaf etdirilməsi, bu sahə üzrə maarifləndirmə işinin təşkili, kino sistemində kadr hazırlığı prosesinin təkmilləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib.  Sonra çıxış edən aktyor Taleh Yüzbəyov “Zəhər tuluğu” filminin respublikanın bir çox şəhər və rayonlarında nümayiş etdirildiyini və bu prosesin davam etdiriləcəyindən danışıb.

Sonra «Zəhər tuluğu» filmi nümayiş olunub və film tamaşaçıların böyük marağına səbəb olub.

Sonda Taleh Yüzbəyov ağdaşlı pərəstişkarları ilə görüşüb və onlarla xatirə şəkilləri çəkdirib.

 

1.7 MB

 

786.9 KB

 

718.9 KB

 

844 KB