02.02.2022
Ucar rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Gəncləri Günü münasibətilə "Gənclər Gələcəyimizdir!" adlı tədbir keçirilib.
Tədbir Ucar rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ucar, Ağsu, Hacıqabul, İmişli, Kürdəmir, Salyan nümayəndəliklərinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbiri Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova açıq elan edib.O çıxışında qeyd edibki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır.
Daha sonra 8 komanda arasında intellektual yarış keçirilib. Yarışın qalibləri diplom və hədiyyələrlə təltif olunub.