Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda “Gənclər Günü” silsilə tədbirlərlə qeyd edilir.

01.02.2022

Fevral ayının 1-də Ağdaş rayon Mədəniyyət Mərkəzində 2 fevral “Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir təşkil edilib.

Tədbirdə Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Ağdaş rayon İcra Hakimiyyətinin məsul işçisi Möhlüd Hacıxanov, Ağdaş Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Regional İdarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları ilk olaraq Ağdaş Dövlət Rəsm Qalereyasının əməkdaşları tərəfindən Mədəniyyət Mərkəzinin foyesində hazırlanmış rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Mədəniyyət Mərkəzinin konsert zalında davam edən tədbiri Mərkəzin bədii rəhbəri Çingiz Qasımov açıq elan edib və Vətənimizin ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalmış qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Mədəniyyət Mərkəzinin “Gənclik” instrumental ansamblının təqdimatında geniş konsert proqramı nümayiş etdirilib. Konsertdə müğənnilərdən Şahin Bəkirovun, Taleh Həsənovun və Dilqəm Həsənovun ifasında vətənpərvərlik ruhunda mahnılar, Mərkəzin əməkdaşı Seymur Nəsibovun sazda ifa etdiyi “Orta müxəmməs”, Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Xalq teatrı”nın aktyorlarının ifasında səhnəcik və bədii qiraətçilərin ifasında şerlər tamaşaçılara təqdim olunub.  

Sonda Ağdaş rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi “Fəxri Fərman”lar gənc mədəniyyət işçilərinə təqdim olunub.

 

552.4 KB

 

550.7 KB

 

592.2 KB

 

522 KB