Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda “Gəl qohum olaq” tamaşası nümayiş etdiriləcək.

26.01.2022

Ağdaş rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Xalq artisti Valeh Kərimovun quruluşunda İsi Məlikzadənin “Gəl qohum olaq” pyesi əsasında hazırlanmış tamaşa nümayiş etdiriləcək. Xalq artisti Valeh Kərimovun,  Ağdaş rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Ağdaş Xalq teatrı”nın aktyorları Camal Xəlilovun, Turanə Şıxəliyevanın, Xanbala Qəniyevin və Şəhla Nəcəfovanın rol aldığı tamaşanın hal-hazırda son məşq prosesləri aparılır.

Yaxın günlərdə tamaşanın daxili baxışının və premyerasının keçirilməsi nəzərdə tutulub.

Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

525.1 KB

 

499.4 KB

 

501.9 KB