Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucar rayon Tarix-Diyarşünaslıq Muzeyində sərgi təşkil edilib.

24.01.2022

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq uşaqların asudə vaxtının səmərəli təşkili, uşaqların xüsusi qabiliyyətinin üzə çıxarılması məqsədi ilə Ucar rayon Tarix-Diyarşünaslıq Muzeyində istedadlı uşaqların əl işlərindən ibarət sərgi təşkil edilib. Sərgidə Ucar rayon Zeynal Məmmədov adına Qazyan kənd 3 nömrəli tam orta məktəbin şagirdlərinin çəkdikləri rəsmlər və hazırladıqları əl işləri nümayiş olunub. Azərbaycan tarixini və mədəniyyətini əks etdirən nümunələr üstünlük təşkil edib.

 

589.2 KB

 

752.6 KB