Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçayda ”Bu günün balaca ixtiraçıları, sabahin dahiləridir” adlı tədbir keçirilib.

17.01.2022

17 yanvar 2022-ci il tarixində Ağdaş Regional Mədəniyyət  İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin təşkilatçılığı ilə rayon Həydər Əliyev Mərkəzində “Dünya Uşaq İxtirası Günü” ilə bağlı "Bu günün balaca ixtiraçıları, sabahin dahiləridir" adlı tədbir keçirilib. Tədbirdə Z. Bünyadov adına 3 saylı tam orta maktəbin 5-ci sinif şagirdləri iştirak ediblər. Əvvəlcə Uşaq şöbəsinin müdiri Sahilə Əliyeva məktəblilərə “Dünya Uşaq Ixtirası Günü”nün necə yaranmasından, məşhur alimlərin, ixtiraçıların, dahilərin uşaq ikən icad etdikləri maraqlı əşyalar haqqında məlumat verərək, onların həyat hekayələrindən söhbət açıb. Tədbirdə "İxtira nədir?" mövzusu ilə bağlı maraqlı çıxışlar edilib, uşaqlar tərəfindən ixtira olunan və hələ də dünyada istifadə olunan ixtiraları hansılardır? və digər bu kimi suallara uşaqlar həvəslə cavab veriblər. Tədbirin sonunda uşaqlar Nərgiz Səmədovanın, Azad Məmmədovun, Bahar Qədirovanın əl işlərindən ibarət vətənpərvərlik mövzusuna həsr olunmuş sərgi ilə yaxından tanış olublar.

 

61.5 KB

 

58 KB

 

59.7 KB

 

65.4 KB