Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda ”Pələng balasının qış nağılı” adlı uşaq tamaşası nümayiş etdirilib.

25.12.2021

31 dekabr - "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və Yeni ilin gəlişi  münasibətilə 25 dekabr 2021-ci il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mingəçevir Dövlət Dram Teatrının təqdimatında Ələsgər Qurbanovun “Ayı balasının qoçaqlığı” əsərinin motivləri əsasında səhnələşdirilmiş, Mirzə Nicatın quruluşçu rejissoru olduğu "Pələng balasının qış nağılı" adlı uşaq tamaşası nümayiş etdirilib.

Nağıl qəhrəmanları-Küpəgirən qarı və Təpəgözün, eləcə də sevimli heyvanların canlandırıldığı tamaşa rayonun kiçik sakinlərinin böyük marağına səbəb olub. Şaxta Baba və Qar qızın gəlişi isə uşaqlar tərəfindən böyük sevinc hissi ilə qarşılanıb.

Tamaşanın sonunda azyaşlılar sevimli qəhrəmanları ilə rəqs ediblər.

 

1.5 MB

 

1.3 MB

 

1.5 MB

 

1.2 MB