Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş Regional Mədəniyyət İdarəsində təqaüdə çıxan əməkdaşla görüş keçirilib.

24.12.2021

24 dekabr 2021-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsində 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə çıxan İdarənin məsləhətçisi, uzun illər mədəniyyət sahəsində çalışmış Mirqələm Əliyevlə görüş keçirilmiş və fərdi təqaüdə yola salınmışdır.

Tədbirdə çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov Mirqələm Əliyevə uğurlar arzulamış və ona ən xoş diləklərini çatdırmışdır.

Sonra çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin Ucar rayonu üzrə nümayəndəsi Alı Babayev Mirqələm Əliyevlə uzun illər çalışdığını bildirmiş və öz xatirələrini bölüşmüşdür.

Daha sonra Mirqələm Əliyevə uzun illər mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə “Fəxri Fərman” və hədiyyələr təqdim olunmuşdur.

Sonda çıxış edən Mirqələm Əliyev göstərilən diqqət və qayğıya görə kollektivə və rəhbərliyə təşəkkürlərini bildirmişdir.

 

140 KB

 

75.1 KB

 

99.7 KB

 

121.8 KB