Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda “Zəfərin mübarək Azərbaycan” adlı tamaşa nümayiş olunub.

29.10.2021

29 oktyabr 2021-ci il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı şəhər Yaradıcılıq evi Bəşir Səfəroğlu adına “Xalq” teatrının təqdimatında “Zəfərin mübarək Azərbaycan” adlı tamaşa nümayiş olunub.

Tamaşadan öncə çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov “Zəfər Günü”nün Regional İdarəyə aid olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında qeyd olunması ilə əlaqədar müvafiq əmr və “Tədbirlər Planı”nın təsdiq olunduğunu qeyd etmiş və bununla bağlı tabe müəssisələr tərəfindən silsilə tədbirlərin keçirildiyini bildirmişdir. O, çıxışında qeyd edib ki, Vətən Müharibəsində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə çalışan 6 nəfər əməkdaş iştirak etmiş, onlardan biri, Arif Məmmədov adına Göyçay şəhər uşaq musiqi məktəbində qarmon müəllimi vəzifəsində çalışmış Alim İbrahimov Şəhidlik zirvəsinə ucalmışdır. Çıxışının sonunda idarə rəisi “Zəfərin mübarək Azərbaycan” tamaşasının hazırlanmasında əməyi keçən hər kəsə öz təşəkkürünü bildirmişdir.

Sonra çıxış edən tamaşanın rejissoru, Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev Gülnar Rəhimlinin “Elman və Sənubər” əsərinin motivləri əsasında Zöhrə Adıgözəlovanın ssenariləşdirdiyi 44 günlük Vətən müharibəsindən bəhs edən “Zəfərin mübarək Azərbaycan” tamaşası haqqında məlumat verib.

Daha sonra tamaşa təqdim olunub. 

 

1.7 MB

 

1.1 MB

 

1.4 MB

 

1.2 MB