Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayonunda “Səhnədən səngərə” adlı anım mərasimi keçirilib.

28.10.2021

Noyabrın 2-i Vətən Müharibəsinin Şəhidi, Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Arif Məmmədov adına Göyçay şəhər uşaq musiqi məktəbində qarmon müəllimi vəzifəsində çalışmış Alim İbrahimovun vəfatının 1 ili tamam olur. Bununla əlaqədar olaraq 28 oktyabr 2021-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şəhidin çalışdığı Göyçay rayonunda “Səhnədən səngərə” adlı anım mərasimi keçirilib. Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, şəhidin anası Xatirə İbrahimova və qardaşı Aydın İbrahimov, Vətən Müharibəsi şəhidlərinin valideynləri, mədəniyyət müəssisələrinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə ilk olaraq şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şəhid Alim İbrahimovun həyatı haqqında məlumat verilib. Tədbirdə ilk olaraq çıxış üçün söz Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadəyə verilib. O, çıxışında qeyd edib ki, ölkə rəhbəri,  Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə bütün ölkə ərazisində o cümlədən Göyçay şəhərində şəhidlərin xatirələrinin əbədiləşdirilməsi və yad edilməsi istiqamətində tədbirlər davamlı olaraq keçirilir və keçiriləcək. O, bildirib ki, Müstəqil Azərbaycan, xalq, millət heç bir zaman Şəhidləri unutmayacaq və  onların ailə üzvləri daim ölkə rəhbərliyinin diqqət mərkəzində olacaq.

Daha sonra çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov şəhid ailələrinə öz adından və Mədəniyyət Naziri cənab Anar Kərimovun adından baş sağlığı verərək qeyd edib ki, Vətən Müharibəsində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə çalışan 6 nəfər əməkdaş iştirak etmişdir. Daha sonra Səxavət Məmmədovun təşəbbüsü ilə Ağdaş rayon Mədəniyyət Mərkəzinin rəssamı Məlahət İsmayıl tərəfindən hazırlanan Alim İbrahimovun portreti şəhidin ailəsinə təqdim edilib.

Sonra çıxış üçün söz şəhidin qardaşı Aydın İbrahimova verilib. O, çıxışında Göyçay rayon İcra Hakimiyyətinin Başçısına, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisinə və Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin direktoruna tədbirin təşkil edilməsinə görə öz təşəkkürünü bildirib.

Daha sonra Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Səhnədən səngərə” adlı layihə çərçivəsində Şəhid Alim İbrahimova həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra Göyçay şəhər Uşaq Musiqi məktəbinin direktoru Rövşən Zamanov çıxış edərək bildirib ki, Alim İbrahimov 2017-ci ildə musiqi məktəbində qarmon müəllimi kimi çalışmağa başlayıb və fəaliyyəti dövründə bütün əməkdaşlar və şagirdləri tərəfindən sevilən bir müəllim olmuşdur.

Sonda Gəncə Dövlət Dram Teatrının təqdimatında “Şuşa, sən azadsan!” adlı tamaşa nümayiş etdirilib.

 

80.7 KB

 

67.1 KB

 

77.6 KB

 

1.7 MB