Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucar rayon Tarix-Diyarşünaslıq Muzeyində “Danışan əşyalar” adlı sərgi təşkil edilib.

25.10.2021

25 oktyabr 2021-ci il tarixində Ucar rayon Tarix-Diyarşünaslıq Muzeyində torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş 1-ci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində şəhid olmuş ucarlıların şəxsi əşyalarından ibarət  “Danışan əşyalar” adlı sərgi təşkil edilib. Sərgidə Ucar rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi və Ucar şəhər 6 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Öncə 1-ci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra muzey əməkdaşları şagirdlərə Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin döyüş meydanlarında göstərdiyi qəhrəmanlıq və şücaətlərdən geniş söhbət açıblar. Qəhrəman şəhidlərimizə məxsus şəxsi əşyalar şagirdlərin böyük marağına səbəb olub.