Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində ”Vətən Sevdalıları” adlı tədbir keçirilib.

23.10.2021

22 oktyabr 2021-ci il tarixdə Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Vətən Sevdalıları" adlı tədbir keçirilib. Tədbirdə İkinci Qarabağ müharibəsinin şəhid valideyinləri, qazilər, Bakı şəhər Xəzər rayonunun Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları və rayon ziyalıları iştirak ediblər. Tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb və şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilib. Sonra İnformasiya Resurs şöbəsinin müdiri Elmira Kərimovanın hazırladığı “Şəhid anılar! Vətən tanınar!” adlı video-çarx nümayiş etdirilib. Sonra şəhid anaları, qazilər, Xəzər rayon kitabxnasının əməkdaşları, Göyçay rayon 1 saylı məktəbin direktoru çıxış ediblər. Tədbirdə məktəblilərin ifasında vətənpərvərlik, şəhidlər haqqında şeirlər səsləndirilib. Sonra qonaqlar çay süfrəsinə dəvət olunub. Qazilər və şəhid anaları tərəfindən sülh simvolu olan göyərçinlər havaya uçurulub. Tədbir başa şatdıqdan sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər və Azərbaycan Ordusunun Polkovnik-leytenantı şəhid Vidadi Xəlilovun ev muzeyində olublar.