Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

14 oktyabr Şəhid Turan Muradovun şəhadətə ucaldığı gündür.....

15.10.2021

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Muradov Turan Vaqif oğlunun anım günü ilə bağlı ailəsi və məzarı ziyarət edilib. 2021-ci il oktyabrın 14-də Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivi şəhidin uyuduğu məzarı ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi, Zərdab rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupuna aid insanlar lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir.

Sonra Mərkəzin kollektivi şəhidin ailəsini ziyarət edib. Ailə üzvləri ilə söhbət zamanı qəhrəmanımız Turan Muradovun şərəfli döyüş yollarından danışılıb, onun xatirəsi anılıb.

Mərasimdə çıxış edən Şəhid Turan Muradovun Anası Nüşabə xanım, əmisi Səyavuş müəllim və digər qonaqlar Vətən müharibəsində qazanılan şanlı Qələbənin Azərbaycan tarixində əbədi qalacağını bildiriblər. Qeyd ediblər ki, müharibənin taleyini müəyyənləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri oldu. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının özünəinamını geri qaytardı, xalqın öz Liderinə etibarını daha da möhkəmləndirdi.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 5 dekabr 1994-cü ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olan Turan Muradov oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə o, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidin nəşi 25 oktyabr 2020-ci ildə Zərdab rayonunun Körpükənd kənd qəbiristanlığında torpağa tapşırılıb.