Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Həsən bəy Zərdabi muzeyində “Qarabağın Zəfər Tarixi” adlı tədbir keçirilib.

13.10.2021

Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə əlaqədar  Zərdab rayon Həsən bəy Zərdabi muzeyində Zərdab rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağın Zəfər Tarixi” adlı tədbir keçirilib. Tədbirdə ilk öncə  Şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova, Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Həsən bəy Zərdabi muzeyinin elmi işçisi Tavad Qurbanova, Heydər Əliyev Mərkəzinin elmi işçisi Alagöz Namazova, Həsən bəy Zərdabi muzeyinin bələdçisi Gülbəniz Əhmədova mövzu ətrafında çıxışlar ediblər.