Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən müharibəsi qazisinin ad günü qeyd edilib

13.10.2021

Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə dövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivi də belə həssas kateqoriyadan olan insanlarla mütəmadi görüşlər təşkil edir.

12.10.2021-ci il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları ilə Vətən müharibəsi qazisi Hacı Nəğmər oğlu Orucovun doğum günü münasibətilə evində görüş keçirilib.

Qeyd edək ki, Orucov Hacı Nəğmər oğlu İkinci Qarabağ müharibəsində Xocavənd, Füzuli, Şuşa rayonu uğrunda döyüşlərdə könüllü iştirak edib yaralanıb.

Hacı Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən "Cəsur döyüşçü”, "Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğı Zərdab rayonun da hər zaman örnək götürülür.

Səmimi görüş zamanı Hacı Vətən müharibəsində yadda qalan döyüş xatirələrindən, dostlarının göstərdiyi misilsiz qəhrəmanlıqlarından söz açıb.

Görüşün sonunda Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivi tərəfindən Hacı Orucova Vətən müharibəsində göstərdiyi vətənpərvərliyə və doğum günü münasibətilə hədiyyə təqdim olunub.