17.05.2018
8 May 2018-ci il tarixdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Zərdab rayon İcra Başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ramo Hacıyev, Zərdab rayon Təhsil şöbəsinin rəhbərliyi və əməkdaşları,rayon ümumtəhsil məktəblərinin müəllim və şagirdləri Zərdab rayon Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.
Heydər Əliyev Mərkəzinin əməkdaşı tərəfindən ekskursiyanın iştirakçılarına məlumat verilmişdir ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği, ölkəmizin tarixi və mədəniyyətinin, milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin respublikamızda tanıdılması istiqamətində fəaliyyət göstərir.
Mərkəzin ekspozisiya zalında ziyarətçilərə Ulu Öndərin şərəfli həyat yolu və çoxşaxəli siyasi fəaliyyətindən bəhs edən fotostendlər haqqında ətraflı və geniş məlumat verilib.
Heydər Əliyevin uşaqlıq və gənclik illərini əks etdirən fotoşəkillər, 1969-1982-ci illərdə respublikamızda sosial - iqtisadi inkişaf və digər sahələrdə reallaşdırdığı tədbirlər, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında gördüyü quruculuq işləri qonaqların nəzərinə çatdırılıb.